"NATO sammitində bizi Alyansa dəvət etsəydilər, nəticə ideal olardı”.
7News.Az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
O bildirib ki, iclasın nəticələri yaxşı oldu: "Amma daha yaxşı ola bilərdi”.
Qeyd edək ki, NATO-nun Vilnüsdə keçirilən sammiti dünən, iyulun 11-də başlayıb.
Xatırladaq ki, Alyansın Baş katibi Yens Stoltenberq daha əvvəl Kiyevin quruma üzvlük istəyini dəstəkləmişdi.








