RU
Volodimir Zelenski: Ukraynanın azı 128 “F-16” qırıcısına ehtiyacı var
11:30
33

Volodimir Zelenski: Ukraynanın azı 128 “F-16” qırıcısına ehtiyacı var

Ukraynanın Rusiya Silahlı Qüvvələrinə havada effektiv şəkildə müqavimət göstərməsi üçün azı 128 "F-16” qırıcısına ehtiyacı var.

7News.Az UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-də Ronald Reyqan İnstitutunda müsahibəsi zamanı deyib.

Onun sözlərinə görə, hazırda müttəfiqlərin Ukraynaya vəd etdiyi "F-16”ların sayı cəbhədəki vəziyyəti kökündən dəyişdirə bilməyəcək: "F-16”larla bağlı problem onların sayı və tədarük tarixi ilə bağlıdır. Rusiya Ukraynaya qarşı əməliyyatlarda hər gün 300 təyyarədən istifadə edir”.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ