RU
“Vücudum cavan görünsə belə…”
21:15
1716

“Vücudum cavan görünsə belə…”

Müğənni Rəqsanə İsmayılova depressiyaya düşüb.

İfaçı “Onlar”a açıqlamasında son zamanlar adının keçmiş sevgilisi ilə hallandırılmasından bərk əsəbləşib:

“Əkizlər bürcü tez depressiayya düşən bürcdür. Mən də tez depressiyaya düşən insanam. Elə məqam yaranır ki, özümüzə qapanıb, bir az kənara çəkilirik. Çətinlik olanda hər şeydən uzaqlaşırıq. Yaşım 36 olsa da, mən içimdə çox qocalmışam. Vücudum cavan görünsə belə, həyatın keşməkeşləri məni qocaldıb.

Mən mətbuat nümayəndələrinə səslənmək istəyirəm ki, mənim adımı qətiyyən başqa insanların adının yanında çəkməyin. Belə bir hal olsa, məhkəməyə müraciət edəcəyəm. Həmin insanlar mətbuatda heç kimə maraqlı deyil, niyə o insanları mənim adımla reklam edirsiniz? Bu hadisə 4 il bundan qabaq olub-bitib. Hazırda haqqında iş gedən insanla mənim heç bir məsələm olmayıb. Mənim digər tərəflə söhbətim olub. O digər tərəf də başqa bir tanınmış adama yaxın olub. Onun adıyla yazın”.

Rəqsanə vaxtilə ölkəni onların üzündən tərk etdiyini deyib:

“Vaxtilə mən deyəndə o insanlar belədir, heç kəs mənə inanmırdı. Allah özü görün, necə təzədən o insanları ortaya çıxardı. Hər şeyi zamana buraxdım, Vətənimi tərk edib, buradan qaçdım. Çünki məni bezdirdilər, yaşamağa imkan vermədilər. Amma Allah dedi ki, səbr et, hər şeyi zamana burax. Görürsünüz, Allah hər kəsin cəzasını verir. Mənə nə qədər ləkə yaxmağa çalışdılar, amma mən əyilmədim. Heç kəsdən asılılığım, heç kimin çörəyinə ehtiyacım yoxdur. Özüm qazanıram, arxamda duran yoldaşım mənə kömək edir. Mən qürurluyam, məni heç kəs sındıra bilməz. Qadın olsam da, kişi xarakterinə malik bir insanam”.

Müğənni qızının yeniliklərindən də danışıb:

“Qızım Aysun Türkiyədə bir nömrəli prodakşnların biri ilə müqavilə bağlayır. Seriala çox gözəl bir rola təklif alıb”./axsam.az

7news.az

 

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ