Bir müddət əvvəl vulkanın içində gecələməklə dünyanı heyrətləndirən tədqiqatçı bu dəfə lavaların istiliyində özünə şirniyyat hazırladı.
Yeni Zelandiyalı Bredli Embrouz Vanuatudakı məşhur lava gölündə yenə ölümlə oynayıb.
Aktiv vulkanın kraterinə enən Bredli, şokoladlı sendviçi lavaların üzərində qızardaraq yeyib. Sanki heç nə baş vermirmiş kimi təhlükəli qəlyanaltını lentə almağı da unutmayan vulkan tədqiqatçısı şimali Amerika mətbəxinə xas olan şirniyyatı özünə məxsus şəkildə hazırlayıb.
Lavalar bir neçə metr aşağıda bulaq kimi qaynasa da, kraterdən çıxmayan Bredlinin bu macərası görüntüləri izləyən insanlar tərəfindən birmənalı qarşılanmayıb. Qeyd edək ki, temperaturu 1000 dərəcədən çox olan lavaların səviyyəsi hər an qalxa bilər. Bredli bu ehtimala laqeyd yanaşmaqla bir gün həqiqətən də ölümlə üzləşə bilər./atv
7news.az








