RU
17:45
17425

"Vulkan" motelində qadını öldürən şəxsin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Kürdəmir rayon sakini Asif Ağamalıyevin (1989-cu il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

7news.az xəbər verir ki, ötən il noyabrın 20-də Binəqədi RPİ 6-cı polis bölməsinin əməkdaşları daxil olan məlumat əsasında Biləcəri qəsəbəsində yerləşən "Vulkan" motelindəki nömrələrdən birində asılmış vəziyyətdə Sumqayıt şəhərində yaşayan Afaq Şükürovanın (1979-cu il təv.) meyitini aşkar ediblər. İlkin məlumata görə, qadının özünü asaraq intihar etməsi bildirilib, fakta görə rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə məhkəmə-tibbi ekspertizası təyin olunub.

Səhərisi gün DİN hadisə ilə bağlı məlumat yayıb ki, Afaq Ağamalıyeva "Vulkan" motelində intihar edib.

Amma sonra ətraflı ekspertizanın rəyi ilə müəyyən edilib ki, Afaq Şükürovanın boyun nahiyyəsində aşkar olunan stranqulyasiya şırımı kənar şəxsin vasitəsi ilə əmələ gəlib. İş istintaqın davam etdirilməsi üçün Bakı şəhər prokurorluğuna verilib. Müəyyən edilib ki, hadisədən bir neçə gün əvvəl ərini və iki uşağını atan Şükürova əmisioğlu Asifə qoşularaq Bakıya qaçıb, onlar Binəqədi şossesində yerləşən moteldə otağ tutublar.

Hadisə ilə bağlı əvvəl şahid qismində dindirilmiş Ağamaliyev bildirib ki, Afaqın asılmiş meyitini hamam otağında aşkar edib və dərhal sonra polisə zəng vurub. Lakin qadının Asim Ağalıyev tərəfindən qəsdən öldürülməsində əsaslı şübhələr olduğundan bir neçə gündən sonra o saxlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs-qəti imkan tədbiri seçilib.

A.Şükürova ailəli olsa da, onun öz doğma əmisi oğlu ilə də münasibətləri olub. Ötən gecə "Vulkan" motelində hadisə baş verən zamanı da A.Şükürova orada əmisi oğlu ilə birlikdə olub. Onun əmisi oğlunun adı açıqlanmır. Məlumatda bildirilib ki, hadisə zamanı A.Şükürovanın yanında olan əmisi oğlu şübhəli şəxs qismində saxlanılıb. Hazırda onun A.Şükürovanın ölümündə nə dərəcədə iştirak edib-etmədiyi araşdırılır. İş üzrə istintaq Bakı şəhər prokurorluğu tərəfindən aparılıb.

Hazırlıq iclasında məhkəmə prosesinin qapalı şəraitdə keşirilməsi haqda qərar qəbul olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ