RU
Vulkanın içində reklama çəkildi
16:51
1315

Vulkanın içində reklama çəkildi

Böyük Britaniyadan olan bir adrenalin həvəskarı öz soyuqqanlılığı ilə diqqət mərkəzinə düşüb.

7news.Az bildirir ki, Vanuatu adasındakı məşhur Ambrim lava gölünə səyahət edən Kris Horsli  kəndirlə vulkanın içinə enib. Burda özü üçün  çimərlik çətiri açmağı da unutmayan  britaniyalı, qızmar  lavaların bir neçə addımlığında heç nə baş vermirmiş kimi davranır. Vulkanın qaynamaqda olduğu vaxtda, onun sakit tərzdə mobil telefonla danışdığı  öz əksini tapır. Bildirilir ki,  adrenalin həvəskarı  bölgədə fəaliyyət göstərən rabitə şirkətlərinin birnin reklamında çəkilmək üçün lava gölünə yaxın düşüb. Görüntüləri izləyən xeyli sayda tamaşaçı isə onun ölümün bir addımlığında reklama çəkilməsini çılğınlıq adlandırır. 24 yaşlı Kris vulkanın içində nəinki qorxmadığını, hətta çox əyləndiyini bildirib. Bu cür esktremal gəzintiləri sevdiyini irəli sürən britaniyalı, təhlükəsizlik tədbirlərinə riayət etdiyinə diqqət çəkib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ