Bu gün, noyabrın 12-də Azərbaycanın işğal olunmuş Ağdam rayonunun səmasında düşmən Ermənistana məxsus Mi-24 helikopterinin vurulmasından bir il ötür.
Azərbaycanın mövqelərinə hücum etməyə çalışan erməni helikopterini ordumuzun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Muradov İlkin Məmməd oğlu “İqla-S” daşınan zenit-raket kompleksindən açılan atəşlə məhv etmişdi.
Helikopterin yerə düşərək partlaması nəticəsində işğalçı erməni ordusu üç hərbçisini – mayor Sergey Saakyanı, baş leytenant Sarkis Nazaryan və leytenant Azat Saakyanı itirmişdi.
Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə İlkin Muradov göstərdiyi şücaətə görə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunub./oxu
7news.az








