RU
Vurulan rus təyyarəsinə xəbərdarlıq edilən an
10:00
905

Vurulan rus təyyarəsinə xəbərdarlıq edilən an

Türkiyə Rusiyaya məxsus “Su -24” tipli hərbi təyyarəyə vurulmadan öncə edilən xəbərdarlığın səs yazısını yayıb.

Səs yazısında Rus təyyarələrinə 5 dəqiqə ərzində 10 dəfə xəbərdarlıq edildiyi məlum olub.

“Türk hava sərhədlərinə yaxınlaşırsınız. Təcili olaraq istiqamətinizi dəyişin!”-deyə xəbərdarlıq edilsə də rus təyyarəsi buna məhəl qoymayıb.

Qeyd edək ki, bu gün Türkiyə qırıcıları Suriya sərhədində Rusiya təyyarəsini vurub. Bu olaydan sonra iki ölkə arasında münasibətlər kəskin pisləşib. Rusiya prezidenti Vladimir Putin Türkiyənin bu addımını “kürəkdən vurulan zərbə” adlandıraraq Ankaranın cavab verməli olacağını bildirib./azvision

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ