7NEWS.az xəbər verir
ki, Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal KərimliAPA-ya müsahibəsi
zamanı bir neçə marşrut xəttinin satılması və Lökbatandan "28 May"a
hərəkət edən 125 saylı xəttin açılmasl ilə bağlı məlumat verib. Bizimxeber-in
redaksiyasına isə maraqlı məlumat daxil olub. Bakı Nəqliyyat Agentliyi paytaxt
Bakıda fəaliyyət göstərəcək 125 nömrəli müntəzəm şəhərdaxili marşrut xəttininin
müvəqqəti istismara çıxarılması adı altında müsabiqə elan edib.
Sahibkarlar 500 manat ödəmək və təkliflər paketi təqdim etməklə müsabiqədə
iştirak edə bilərlər. Bu BNA-nın rəsmi məlumatlarında belə deyilir.
Əsl reallıq isə başqadır. Adının çəkilməsini istəməyən, uzun illər bu sahədə
çalışan sahibkarlardan biri deyir ki, müsabiqə formal xarakter daşıyır. Əksəriyyət
bilir ki, müsabiqəni hansı şirkət udacaq və sahibkar kimdir. Ona görə də,
müsabiqəyə çox sahibkar qatılmayacaq.
Daxil olan məlumata görə, 125 saylı xəttin satılması prosessi artıq yekunlaşıb.
Müsabiqənin qalibi də bəllidir. Sadəcə formal müsabiqə olacaq.
İlkin mərhələdə xətt satılacaq və daha sonra gediş qiymətlərinə əl gəzdiriləcək.
35-40 km-ə yaxın məsafədə hərəkət edəcək 125 saylı marşrut xətti Bakı şəhərində
ən bahalı xətt sayılır. 28 may metrosundan Lokbatan qəsəbəsinə hərəkət edəcək
avtobuslara nəzarət o qədər ciddi olmayacaq.
Bu günlərdə vəzifədən alınan Nəqliyyat naziri Ziya Məmmədovla BNA direktoru
Vüsal Kərimli arasılnda heç bir fərqin olmadığını deyən nəqliyyat sahəsi üzrə
mütəxəssis bildirir ki, Ziya Məmmədov marşrut xəttlərini açıq şəkildə satırdı.
Ondan fərqli olaraq V.Kərimli isə müsabiqə yolu ilə satır. Üstəlik bu prosessin
davam edəcəyini deyən mənbə bildirir ki, yaxın aylarda 10-dan artıq marşrut xətti
satışa çıxarılacaq.








