Bakı Nəqliyyat Agentliyinin rəhbəri Vüsal Kərimli mətbuatın gündəmindən düşmür.
Bu dəfə 7News.az redaksiyasına qurum rəhbəri haqqında sensasion məlumat daxil olub. Belə ki, həmin məlumatda qeyd edilir ki, dövlətin vəsiati hesabına başa gələn və bir neçə marşrut xəti ilə yanaşı bağlanan 195 saylı avtobus xəttinin qarajı olan 3 nömrəli qaraj başqa bir sahibkara verilib. Maraqlı məqam isə budur ki, qaraj könhnə avtobuslar olduğu üçün bağlanan 195 saylı həmin marşrut xəttinin yerinə yenidən köhnə avtobuslar olan başqa bir marşrut xəttinə verilib. Yəni 3 nömrəli qarajın başqa sahibkarın istifadəsinə verilməsinə göstərilən səbəb sadəcə bəhanə olub.
"Razin" adlanan ərazidə yerləşən 3 nömrəli qarajda 200-dən çox insan işləyir, bu da öz növbəsində onlar üçün böyük problemə çevrilib. İddiaya görə dövlət vəsaiti hesabına ərsəyə gələn həmin qarajı Vüsal Kərimli başqa bir sahibkara 20.000 manat qarşılığında peşkəş çəkib. Görünın isə budur ki, bir il öncə Bakı Nəqliyyat Agentliyi yaradıldığında paytaxtda nəqliyyat sahəsində olan problemlərin həlli üçün onlara yaradılan şəraiti V.Kərimli öz şəxsi məqsədləri üçün istifadə edir. Bu sahədə gözlə görünən heç bir inkişafın olmaması isə artıq mətbuatın gündəmindədir.
Bakı Nəqliyyat Agentliyi və rəhbəri ətrafındakı qalmaqal əlbəttə ki, bununla bitmir. Bakı nəqliyyatını öz qohumlarına həvalə edən Vüsal Kərimli artıq yaranmış vəziyyətdən çıxış yolu tapa bilmir. Bütün qohum-əqrabasını quruma dolduran, nəqliyyatla əlaqəsi olmayan şəxslərə məsul vəzifələr verən BNA rəhbəri vəziyyətə nəzarəti itirib. Məlumat üçün qeyd edək ki, Vüsal Kəimlinin əmisi oğlu Amil Kərimov BNA-nın tabeçiliyində olan "BakuBus” şirkətində mühim vəzifə daşıyır və faktiki olaraq qurum onun nəzarətindədir. Camal Kərimov isə yenə onun yaxın qohumudur və marşrut xətlərini qeyri-rəsmi olaraq bu şəxs "paylayır”. V.Kərimli həmçinin həmkəndlisi Zəminə Məhərrəmovaya da vəzifə verərək öz kadrlarının seçimini ona həvalə edib.
7News.az








