Bakı şəhərinin ictimai nəqliyyatında vahid kart sistemi olan
"BakıKART" haqqında maraqlı məlumat əldə edilib.
Elektron ödəniş kartı "BakıKART"-ın rəsmi saytı "www.bakikart.az" domenini Bakı
Nəqliyyat Agentliyinin (BNA) rəhbəri Vüsal Kərimli öz adına qeydiyyatdan
keçirib.
Ümumi nəqliyyat ödənişlərini birləşdirən və "Bakı Metropoliteni"
QSC-yə aid metro və BNA-nın nəzarətində olan avtobus nəqliyyat vasitələrində
gediş haqqının ödənişin həyata keçirildiyi "BakıKART" sisteminin
rəsmi veb səhifəsinin V.Kərimlinin adında olması özündə böyük sual doğurur.
Belə ki, bu, dövlət qurumunun rəhbəri olan bir şəxsin açıq şəkildə sahibkarlıq
ilə məşğul olduğunu və qanunazidd fəaliyyətini göstərir.
Görünür Vüsal Kərimlidə o qədər arxayınçılıq yaranıb ki, hər kəsin rahatlıqla
gördüyü domen mülkiyyətini belə öz adına qeydiyyatdan keçirməyə çəkinmir.
Domenlərin qeydiyyatını həyata keçirən "Online.az" saytında "www.bakikart.az" domenini üçün 23
yanvar 2017-ci ildə ödəniş edildiyi görünür və bu dövr Vüsal Kərimlinin BNA-ya
rəhbərlik etdiyi dövrlə üst-üstə düşür.
Xatırladaq ki, bir ildən çox müddətdir yaradılan Bakı Nəqliyyat Agentliyinə
rəhbərlik edən Vüsal Kərimli haqqında mətbuatda səsləndirilən iddialar bununla
bitmir. Onun rəhbərlik etdiyi quruma öz qohumlarını və yaxınlarını
yerləşdirdiyi mətbuatda dəfələrlə yazılıb. Lakin görünən budur ki, Vüsal
Kərimli bütün bunlar qulaqardına vurmaqda israrlıdır və öz
"krışa"sına arxayınlığı yüksək həddədir.
Bir müddət öncə isə Türkiyənin çoxtirajlı "Yeni Akit" qəzeti Vüsal
Kərimli haqqında sensasion məqalə dərc edərək onun Fətullah Gülənin adamı
olduğunu yazmışdı.
"BakıKART"-ın rəsmi qeydiyyat məlumatlarını bu linkdən baxa
bilərsiniz.








