7NEWS.az xəbər verir ki, Vyetnamın paytaxtı Hanoyda yaşayış binasında baş verən yanğın nəticəsində azı 14 nəfər ölüb, 6 nəfər yaralanıb. Səlahiyyətlilər yanğının binanın 1-ci mərtəbəsində yerləşən elektrik velosiped mağazasında baş verdiyini qiymətləndirib və ətraflı araşdırma başlandığını açıqlayıb.
7NEWS.az








