RU
Vyetnamda ana övladını yük maşınının altından sağ çıxardı - VİDEO
15:30
453

Vyetnamda ana övladını yük maşınının altından sağ çıxardı - VİDEO

Vyetnamın şimalında yerləşən Namdin əyalətində ana övladı ilə birlikdə yolda hərəkət edən motosikletdən aşıb. Ana bir neçə saniyə içində uşağını qarşıdan gələn yük maşınının altında qalmaqdan xilas edib.

Hadisə yerində olan sürücülərindən birinin videoregistratoruna düşmüş görüntünü "Daily Mail” yayıb.

Kadrlarda gümüşü rəngli avtomobilin yol hərəkəti qaydalarını pozaraq sağda hərəkət edən motosikletə toxunduğunu görmək olur. Motosikletin silkələnməsi nəticəsində iki sərnişin – ana və övladı yerə yıxılaraq, qarşı hərəkət zolağına düşür.

Ana sayıqlığını itirməyərək, övladının gödəkçəsindən dartaraq, onu ölümdən xilas edir. Çox keçməmiş motosikletin sürücüsü sərnişinlərin yerində olmadığının fərqinə vararaq, nəqliyyat vasitəsini yolun kənarında saxlayır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ