RU
Vyetnamda taksi gözləyən türk dənizçi həlak olub
17:17
136

Vyetnamda taksi gözləyən türk dənizçi həlak olub


2 ay əvvəl işləmək üçün İstanbul Esenyurtdan Vyetnama gedən gəminin maşın otağının işçisi, iki uşaq atası Sinan Ergül (52) taksi gözləyərkən küçənin ortasında bıçaqlanaraq öldürülüb.

7NEWS.az xəbər verir ki, hadisə iyulun 30-da günorta saatlarında Vyetnamın şimalındakı Ha Tinh əyalətində ticarət mərkəzinin qarşısında baş verib. İddiaya görə, Sinan Ergül (52) türk gəmisinin kapitanı dostu ilə ticarət mərkəzinə gedib. Ticarət mərkəzindən çıxan iki dost gəmiyə qayıtmaq üçün taksi gözləməyə başlayıblar. Bu zaman qəssabdan bıçaq oğurlayaraq yanlarına gələn Tran Van Son (24) əvvəlcə Ergülün üzərinə hücum çəkib, sonra isə dostuna hücum çəkməyə çalışıb.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ