Cənub-Şərqi Asiya ölkəsi Vyetnam Milli Assambleyası ictimai təhlükəsizlik naziri To Lamı yeni prezident seçib.
7NEWS.az xəbər verir ki, Vyetnam milli mətbuatının yazdığına görə, Milli Assambleya mart ayında tutduğu vəzifədən istefa vermiş Vo Van Thuonqun yerinə prezident vəzifəsini icra edəcək şəxsi seçib.Müvafiq olaraq, Milli Assambleyada səsvermə nəticəsində 66 yaşlı ictimai təhlükəsizlik naziri To Lam Vyetnam prezidenti seçilib.
7NEWS.az








