Əyləncə sənayesində dünyanın ən böyük şirkətlərindən biri olan Walt Disneyin ABŞ-ın Florida ştatındakı əyləncə parkında 1 milyard dollarlıq genişləndirmə layihəsini ləğv etdiyi bildirilir.
7NEWS.az xəbər verir ki, Walt Disney şirkətinin əyləncə parklarının direktoru Coş D'Amaro işçilərinə e-poçt göndərərək Florida ştatının Orlando şəhərindəki Disney əyləncə parkında 1 milyard dollarlıq 60 hektarlıq genişləndirmə layihəsinin dəyişən iqtisadi amillər səbəbindən ləğv edildiyini açıqladı.
Walt Disney şirkətinin açıqlamasında, Florida ştatının xüsusi idarəetmə imtiyazını ləğv edən qanuna istinad edərək, Disney-in qubernator tərəfindən təyin edilən bir idarə heyəti tərəfindən əyləncə parkını idarə etmək qərarı kimi inkişaflar səbəbiylə layihənin ləğv edildiyi qeyd edildi.
7NEWS.az








