RU
“WhatsApp” əfsanəvi əməliyyat sistemini dəstəkləməyəcək
17:12
1711

“WhatsApp” əfsanəvi əməliyyat sistemini dəstəkləməyəcək

Bir çox istifadəçilər məyusedici məktubu alıblar.

WhatsApp şirkətinin nümayəndələri Symbian” əfsanəvi əməliyyat sistemini dəstəkləməyəcəklərini  bəyan ediblər. 

7News.Az xəbər verir ki, bu barədə “GSMArena” yazıb. 
Tezliklə köhnə smartfon sahibləri məşhur mesencerə çıxışdan məhrum olacaqlar. 

“Symbian” vasitəsilə “WhatsApp”dan istifadə edənlər artıq məyusedici məktubu alıblar.

“Təəssüf ki, siz 31 dekabr 2016-cı ildən sonra “WhatsApp”dan istifadə edə bilməyəcəksiniz. Belə ki, “WhatsApp” sizin telefonu dəstəkləmir”, - ismarışda deyilir. 

Bu isə ödənişsiz mesencerdən istifadə etmək üçün altı aydan da az vaxtlarının qalması deməkdir. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ