"WhatsApp” messencerində səsli və video zəng qruplarında iştirak edə biləcək istifadəçilərin sayı iki dəfə artırılıb. Artıq videozəng zamanı eyni vaxtda səkkiz nəfər bağlantıda iştirak edə bilər.
7News.Az APA -ya istinadən xəbər verir ki, bu barədə şirkətin səhifəsində bildirilib.
Əvvəllər bu xüsusiyyət yalnız test versiyalarında mövcud idi. Onun aktivləşdirilməsi üçün tətbiqi yeniləməlisiniz.
İştirakçıların əlavə edilməsi prosesi əvvəlki kimi qalıb: yeni bir qrup yaratmaq üçün düyməni basmalı, formatı (audio və ya video) seçməli və lazımlı istifadəçiləri əlavə etməlisiniz.
Qrup danışıqlarının iştirakçılarının sayının artırılmasını proqram yaradıcıları koronavirus epidemiyası ilə əlaqələndirirlər.
7News.Az








