Rahat ünsiyyət vasitəsi hesab edilən “Whatsapp” da internet-fırıldaqçılığın yeni növü aşkar edilib.
7News.Az xəbər verir ki, “Eset” təhlükəsizlik proqramı dələduzluğun videozənglər funksiyasının aktivləşdirilməsi adı ilə yayıldığını müəyyən edib.
Belə ki, ilk olaraq istifadəçilərə “Whatsapp” da videozəngi aktivləşdirmək haqda mesaj gəlir. Daha sonra “videozəngi indi aktivləşdir” düyməsini vurmaq və bu aktivliyin yoxlanması adı ilə funksiyanı telefonda qeyd edilmiş mobil nömrələrə və ya 5 “Whatsapp” qrupuna göndərmək şərt irəli sürülür.
Bundan sonra videozəng etmək istəyən istifadəçiyə onun qeydiyyat məlumatlarının köhnəldiyi bildirilir və onu yeniləmək təklif edilir. Bu zaman isə istifadəçi bilmədən avtomatik olaraq ödənişli SMS xidmətinə abunə olur və hər yeni gələn ismarıca görə balansından müəyyən məbləğ çıxılır.








