İnternet nəhəngi “Google” “Allo” adlı yeni bir mesajlaşma proqramı hazırlayıb.
7News.Az “İhlas” İnformasiya Agentliyinə istinadən xəbər verir ki, populyar mesajlaşma proqramı olan “WhatsApp”ın hökmranlığına son qoymaq üçün daha bir cəhd edilir.
Özünün bir sıra yeniliklərini təqdim edən “Google” “Allo” adını verdiyi yeni proqramla bu sektordakı payını artırmağa çalışacaq.
Qeyd edilir ki, “Allo” daha çox “Facebook Messenger”ə bənzəyən tam müstəqil bir proqram olacaq.
Məlumata görə, “Allo” qarşıdakı aylarda “Android”, həm də “İOS” sistemlərində istifadə edilə biləcək.








