RU
15:00
1546

"WhatsApp"da daha bir yenilik

"WhatsApp" qısa mesajlaşma şəbəkəsi bu gün yeni bir təkmilləşmə ilə istifadəçilərinin diqqətini üzərinə çəkib.
Bir çox sosial şəbəkələrin email adreslərində mövcud olan ulduzlu mesajlar artıq "WhatsApp"da da var.

Bu funksiyanın əsas hədəfi mesajlar arasında vacib, əsas olanları yadda saxlamaq, daha sonra istifadəçiyə xatırlatmaqdır. Bu funksiyanı istifadə etmək yollarına gəldikdə, hər hansı mesajın üstünə basıb saxladıqda, onun ulduzlanıb-ulduzlanmayacağı variantları istifadəçiyə təqdim ediləcək. Bundan əlavə, ulduzlu mesajların daha sonra, cəm halda oxunması üçün istifadəçilər "WhatsApp"ın söhbətlər bölməsindən, menyuya və ulduzlu mesajlar kateqoriyasına daxil olmaqla, xüsusi mesajları oxuya bilərlər.

Funksiyanı aktivləşdirmək üçün "WhatsApp"ı GooglePlay-dən yeniləmək lazımdır. Buna səbəb isə bu xüsusiyyətin hələlik yalnız "Android" əməliyyat sisteminin istifadəçiləri üçün təqdim edilməsidir./deyerler

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ