RU
“Whatsapp”da göndərilən mesajları silmək mümkün olacaq
14:26
1053

“Whatsapp”da göndərilən mesajları silmək mümkün olacaq

1 milyarddan çox abunəçisi olan "Whatsapp”da yeniliklər tətbiq edilməyə davam edir. 

"Whatsapp”ın Android və İOS üçün tətbiq ediləcək bu yeniliyinin adı "Mesajı geri almaq”dır. 

Bir çoxumuzun başına gələn və kaş ki "o mesaj getmədən silə bilsəydim” dediyimiz hadisələr artıq tarixə qarışır. "Whatsapp”ın tətbiq edəcəyi yeniliyi ilə əgər göndərdiyiniz mesaj qarşı tərəfə çatmasa ( qoşa xətt olmasa) silmək mümkün olacaq. 

Bir başqa yenilik isə "Canlı yer axtarışı”dır. Bu xüsusiyyət sayəsində artıq qrup söhbətlərindəki şəxsləri harada olduğundan xəbərdar ola biləcəksiniz. 

Tətbiq ediləcək başqa bir yenilik isə bir çoxunuzun ürəyincə olmayacaq. Əgər mesajlaşdığınız ekranın görüntüsünü çəkməyə çalışsanız bu bildiriş olaraq qarşı tərəfə gedəcək. Yeniliyin fevralın 5-dən sonra istifadəyə veriləcəyi ehtimal edilir. 
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ