RU
“WhatsApp”da növbəti yenilik
14:20
64

“WhatsApp”da növbəti yenilik

"WhatsApp” istifadəçilər üçün daha bir praktik yeniliyi istifadəyə verib. 

Artıq qrup çatlarında mesaj yazarkən "@hər kəs” (everyone) seçimi görünür və bu funksiya ilə eyni anda bütün qrup üzvlərini taq etmək mümkün olur.

Yeni xüsusiyyət sayəsində qrupda vacib elanlar, xəbərdarlıqlar və məlumatlar daha tez və effektiv şəkildə bütün iştirakçılara çatdırıla biləcək. Əvvəllər istifadəçilər hər bir şəxsi ayrıca qeyd etməli idisə, indi bir toxunuşla hamıya bildiriş göndərmək mümkündür.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ