"WhatsApp"da silinmiş mesajları bu yolla oxuya bilərsiniz
"WhatsApp"da bəzən sizə yazılıb silinən mesajların nə olduğu maraq doğurur.
7News.Az xarici KİV-ə istinadən xəbər verir ki, artıq silinmiş mesajları da oxumaq mümkündür.
Belə ki, danışdığınız şəxs yazdığı mesajı silirsə, o zaman "WhatsApp"ı telefonunuzdan silin və yenidən yükləyin. Bu zaman arxiv mesajlar yenilənəcək, silinən mesajları isə görmək imkanınız olacaq.