Yol polisi haqqında "Whatsapp” sosial şəbəkəsində səs yayan şəxs həbs edilib.
Bu barədə 7News.Az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov məlumat verib.
V.Əsədov deyib ki, 1981-ci il təvəllüdlü Qasımov Fariz Mürvət oğlu barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Onun sözlərinə görə, F.Qasımov böhtan və yalan məlumat yaymaqda təqsirləndirilir.
Qeyd edək ki, "Whatsapp”da yayılan səs yazısında Cavanşir Ələkbərovun ünvanına sərt ittihamlar səslənir. Səs yazısını yayan sürücü bildirir ki, həmin sürücü özü də daxil olmaqla, bir neçə sürücü Babək prospektində hərəkətdə olan zaman qara rəngli, 005 dövlət nömrə nişanlı "Toyota Camry” markalı avtomobil aşağı sürətlə hərəkət edir, nəticədə arxadan gələn sürücülər əsəbiləşərək onu sağdan ötür.
Guya maşını Cavanşir Ələkbərov özü idarə edir və qarşıda onu ötən sürücüləri yol polisi saxlayaraq maşını cərimə meydançasına aparır, və bütün bunlara rəis özü göstəriş verir.
7News.Az








