RU
17:27
107

"WikiLeaks"ə məlumat sızdıran keçmiş CIA əməkdaşına 40 il həbs cəzası verildi


2017-ci ildə 8761 məxfi sənədi WikiLeaks-ə ötürməkdə ittiham olunan keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı Coşua Şulte 40 il müddətinə azadlıqdan məhrum edilib.

7NEWS.az xəbər verir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) tarixində ən böyük sızıntıya səbəb olmaqda günahlandırılan MKİ-nin keçmiş əməkdaşı Coşua Şulte 40 il müddətinə azadlıqdan məhrum edilib. "Vault 7” ləqəbli və 2017-ci ildə WikiLeaks-ə sızan sənədlərdə MKİ-nin hazırlanmış proqram təminatı ilə smartfonlara, kompüterlərə və televizorlara sızmasını təmin edən alətlər açıqlanıb. ABŞ kəşfiyyatının bu vasitələrdən istifadə edərək telefonları dinləmə cihazına çevirə bildiyi iddia edilib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ