RU
“Wolkswagen”-in başçısı istefaya gedir
11:32
400

“Wolkswagen”-in başçısı istefaya gedir

Şirkətə yeni rəhbərin kim olacağı sabah bilinəcək.

Almaniyanın “Wolkswagen” avtomobil şirkətinin icraçı direktoru Martin Uinterkorn istefa verib.

Buna səbəb şirkətin fəaliyyəti nəticəsində ekoloji normanın pozulmasıdır.

Uinterkorn bu məsələdə özünü günahkar saymadığını bildirsə də, baş verənlərə görə məsuliyyətini dərk etdiyini dilə gətirib.

Şirkətə yeni rəhbərin kim olacağı sabah bilinəcək.

Bundan əvvəl avtokonsernin ekoloji normaları pozmasına görə 18 mlrd. ABŞ dolları dəyərində cərimələnəcəyi barədə məlumat yayılmışdı./avtosfer

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ