Pilot tətbiqetmədə paylaşım, yenidən paylaşma, bəyənmə və postlara cavab vermə funksiyalarından istifadə etmək üçün artıq ödəniş etmək lazım gələcək.
7NEWS.az xəbər verir ki, əvvəllər "Twitter" kimi tanınan "X" Yeni Zelandiya və Filippində yeni istifadəçilərdən pilot olaraq vacib funksiyalara giriş üçün illik 1 dollar ödəniş almağa başlayıb. Yeni sınaqda indi paylaşma, yenidən paylaşma, yazıları bəyənmə və postlara cavab vermə funksiyalarından istifadə etmək üçün ödəniş etmək lazım gələcək.
7NEWS.az








