RU
lombard
Xaçmaz sakinindən İYRƏNC CİNAYƏT — Azyaşlı qardaş və bacıya TƏCAVÜZ...
16:50
526

Xaçmaz sakinindən İYRƏNC CİNAYƏT — Azyaşlı qardaş və bacıya TƏCAVÜZ...

Xaçmaz rayonunda azyaşlı qıza və onun qardaşına qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən Babayev İlkin Vəzir oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
7News.Az xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Rasim Sadıxovun icraatına verilib.

İş üzrə məhkəmə hazırlıq iclası avqustun 13-nə təyin olunub.

İttihama görə, Xaçmaz rayon sakini İlkin Babayev yetkinlik yaşına çatmayan bir qızla tanış olub.
Daha sonra o, həmin qıza qarşı seksual xarakterli hərəkətlər edib.

Məlumata görə, İlkin Babayev daha sonra təcavüzə uğrayan qızın qardaşı ilə də zorla qeyri-təbii yolla cinsi əlaqədə olub.

Babayev İlkin Vəzir oğluna qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ