RU
Xaçmazda 27 yaşlı kişi göldə batdı
12:50
502

Xaçmazda 27 yaşlı kişi göldə batdı

Xaçmaz rayonunda bədbəxt hadisə baş verib.

"Report”un məlumatına görə, hadisə rayonun Həsənqala kəndində qeydə alınıb.

Kənd sakini, 1994-cü il təvəllüdlü Orxan Şıxəmməd oğlu Məmmədov kənd ərazisində yerləşən göldə batıb.

Qeyd edək ki, mərhum ailəli olub, övladı yoxdur.

Meyit göldən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ