RU
Xaçmazda 49 yaşlı qadın qətlə yetirildi
10:42
414

Xaçmazda 49 yaşlı qadın qətlə yetirildi

Xaçmaz rayonunda qətl hadisəsi baş verib.

Hadisə bu gün gecə saat 04:00 radələrində qeydə alınıb. Heydər Əliyev prospektində yaşayan 1967-ci il təvəllüdlü Quçiyeva Ruzarya Georgiyevna yaşadığı evin yaxınlığında naməlum şəxs tərəfindən bıçaqlanıb.

Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən qadını xilas etmək mümkün olmayıb.

Xaçmaz rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə təqsirli bilinən Xaçmaz şəhər sakini, 1985-ci il təvəllüdlü Nəsirov Turxan Akif oğlu saxlanılıb.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir./apa

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ