Xaçmazda intihar hadisəsi qeydə alınıb.
7News.Az xəbər verir ki, rayonun Hacəlibəy kənd sakini, 1962-ci il təvəllüdlü Süleyman Qonaqbəy oğlu Hüseynov özünü yaşadığı evin həyətindəki ərik ağacından asıb.
Hadisə yerinə prokurorluq və polis əməkdaşları gəlib.
Xaçmaz rayon prokurorluğunda CM-nin 125-ci maddəsilə (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi açılıb.
7News.Az








