RU
Xaçmazda ağac avtomobilin üstünə aşıb, sürücü xəsarət alıb
16:20
102

Xaçmazda ağac avtomobilin üstünə aşıb, sürücü xəsarət alıb

Xaçmaz rayonunda ağacın avtomobilin üzərinə düşməsi nəticəsində sürücü xəsarət alıb.

Hadisə rayonun Ağtala kəndində baş verib.

Belə ki, Nərəcan-Uzunoba avtomobil yolunda hərəkətdə olan "VAZ-2107" markalı avtomobilin üzərinə ağac aşıb.

Hadisə zamanı sürücü 1992-ci il təvəllüdlü Allahverdiyev Vüsal Cəlaləddin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

O, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ