Xaçmazda güclü külək ölümə səbəb olub.
7News.Az-ın məlumatına görə, güclü külək nəticəsində ağac aşıb. Nəticədə avtomobilin üzərinə düşən ağac bir nəfərin həyatına son qoyub.
Hadisə yerinə gələn FHN-nin əməkdaşları həmin şəxsi avtomobili xüsusi üsulla kəsərək çıxarıblar.
Həmin anbaan görüntüləri təqdim edirik. Xatırladaq ki, videogörüntülər sosial şəbəkələrdə Elsəvər Mürsəlli tərəfindən paylaşılıb.








