İyunun 16-da Xaçmaz rayonunda iş adamı İlqar Məmmədovu qətlə yetirən şəxs saxlanılıb.
Bu barədə Xaçmaz rayon prokurorunun köməkçisi Əlibaba Şahvərənov məlumat verib.
Onun sözlərinə görə, saxlanılan şəxs rayonun Ağyazı Buduq kənd sakini, 1991-ci il təvəllüdlü Hüseynov Qalib Nəcməddin oğludur. Həmin şəxs dünən günorta saatlarında rayonun hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Hələlik hadisənin hansı səbəbdən baş verməsi barədə məlumat verilmir.
Xatırladaq ki, iş adamı, 1963-cü il təvəllüdlü Məmmədov İlqar Rüstəm oğlu iyun ayının 16-da Xaçmaz şəhər Mirzə Fətəli Axundov küçəsində yaşadığı evdə qətlə yetirilib./trend
7News.Az








