RU
Xaçmazda qadın su çəninə düşərək ölüb
13:50
381

Xaçmazda qadın su çəninə düşərək ölüb

Xaçmazda qadın su çəninə düşərək ölüb.

Hadisə rayonun Yeni Həyat qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1956-cı il təvəllüdlü Sevinc Nəriman qızı Orucova yaşadığı evin həyətində 5 tonluq su çənini doldurarkən çənin içərisinə düşüb və boğulub.

S.Orucovanın meyiti Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ