Xaçmazda parkdan oğurluq edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən 7NEWS.Az-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinə şəhər ərazisində yerləşən Şəxsiyyətlər parkındakı 3 fontandan 140 metr elektrik naqilinin oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Xaçmaz şəhər sakini M. Musayev müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
7NEWS.Az







