Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmaz rayon sakini Zəkəriyyə Cəfərovun (1986-cı il təv.) CM-nin 126.1-ci (qəsdən sağlamlığına ağır zərər vurma) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
7news.az xəbər verir ki, bu il iyunun 14-də Xaçmaz rayonunda Zəkəriyyə Cəfərov qonşusu Orxan Mehralıyevi bıçaqlayıb, nəticədə sonuncu Mərkəzi rayon xəstəxanasına çatdırılıb və əməliyyat olunub. Hadisədən sonra Cəfərov könüllü şəkildə RPŞ-nə təslim olub. Araşdırma zamanı məlum olub ki, Zəkəriyyə özünə məxsus maşınla Orxanın idarə etdiyi maşını ötərkən onu toza basıb, buna görə aralarında mübahisə düşüb.
Məhkəmə prosesində təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli hesab edərək, əməlindən peşman olduğunu və zərərçəkmiş şəxslə barışdığını bildirib: “Xaçmazın mərkəzində təkər düzələn vulkanizasiyada işləyirdim, axşamüstü işdən evə gəlirdim. Yorğun olduğum üçün maşını sürətlə idarə edirdim, evə tez çatıb yatmaq istəyirdim. Bu zaman qonşuluqda yaşayan Orxan Mehralıyev öz maşınından əl edərək, mənə daynmağı və onu toza basdığımı bildirib. Mübahisə etdik, sonra qərara gəldik, söhbəti kəndin kənarında "çürüdək", öz maşınlarımıza əyləşib ora getdik. Söhbət əsnasında Orxan qəflətən mənim sifətimə başı ilə zərbə vurub. Gücüm çatmadığına görə maşında gəzdirdiyim mətbəx bıçağını götürdüm. İlk növbədə özümü qorumaq məqsədim var idi. bıçaqla ona bir zərbə vurdum. Yaralanan Orxan əmisinə zəng edib, mən isə maşına minib evə getdim. Özümü itirmişdim, hadisə barədə atama dedim, o da dərhal durub, Orxanın əmisigilə getdi ". Cəfərov Mehralıyevlə barışdığını bildirib.
Zərərçəkmiş Orxan Mehralıyev da hadisənin toza görə baş verdiyini bildirib: Onun sözlərinə görə, o Zəkəriyyənin hərəkətinə etiraz edib, buna görə mübahisə ediblər. Cəfərov bıçaqla bir zərbə vurub, sonra qorxub kənara çəkilib: "Hadisədən sonra ailələrimiz barışıb, xəstəxana xərclərimi ödəyiblər. Barışıq olub, şikayətim və tələbim yoxdur. Məhkəmədə, o yüngül cəzanın verilməsini xahiş edib. və tələbinin olmadığını deyib.
Məhkəmənin hökmü ilə Z. Cəfərov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.












