RU
Xakerlər “App Store”a hücum etdi
12:00
765

Xakerlər “App Store”a hücum etdi

Virus “iPhone” və “iPad” cihazlarına aid olan bir neçə proqramı sıradan çıxarıb.

“App Store” internet mağazasına irimiqyaslı kiber-hücum olub, bu barədə şirkət bildirib. Virus “iPhone” və “iPad” cihazlarına aid olan bir neçə proqramı sıradan çıxarıb.

Bundan başqa, kiber-cinayətkarlar “iOS” və “Mac apps” üçün əlavələrin yaradılmasında istifadə olunan “Xcode” proqramını dəyişdirməyi də bacarıblar.

Apple nümayəndəsi Kristina Monaqanın sözlərinə görə, “App Store”də saxta proqram təminatının köməyi ilə yaradılmış proqramlar artıq ləğv edilib.

Palo Alto Networks Inc Departamentinin direktoru Rayan Olson bəyan edib ki, zədələnmə məlumat axınına səbəb olub.

Onun sözlərinə görə, baş verənlər onu göstərir ki, “App Storе”da digər cinayətkarların da istifadə etmək istəyə biləcəkləri boşluq mövcuddur.

Yararsız “Xcode” proqramı Çin serverindən yüklənilib./oxu

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ