Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başlayıb. Sonra CBC televiziyasının hazırladığı "Müstəqilliyimizin üç rəngi” adlı qısametrajlı sənədli film nümaiş olunub. İlk olaraq tədbirdə Azərbaycan Xalça Muzeyi Şuşa filalının əməkdaşı Səbinə Əzizova çıxış edib və vurğulyıb ki, bu cür tədbirlərin keçirilməsində əsas məqsəd gənc nəslə tariximiz, milli adət-ənənələrimiz və dəyərlərimiz haqqında geniş məlumatlar verməkdir.Daha sonra Azərbaycan Respublikası Şuşa şəhər İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva milli-mənəvi dəyərlərimizin qorunmasında ulu öndərin və ölkə prezidenti İlham Əliyev cənablarının xidmətlərindən söhbət açıb.
Tədbirin bədii hissəsində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Respublika Texniki Yaradıcılıq Mərkəzinin hazırladığı mahnılar və şeirlərdən ibarət ədəbi musiqili kompozisiya qonaqlara təqdim olunub.




7News.Az







