RU
Xalq artisti ölümlə üz-üzə qalmasından danışdı -
15:30
1248

Xalq artisti ölümlə üz-üzə qalmasından danışdı - "Bıçaq gəlib..." - VİDEO

ARB TV-nin "Ömrün fəsilləri" verilişin növbəti qonağı xalq artisti Rafiq Əzimov olub.

7News.az xəbər verir ki, xalq artisti keçmişdə çiyin-çiyinə çalışdığı tərəf müqabillərinin indi həyatda olmamasına təəssüfləndiyini bildirib:

"Nahaqdan demirlər ki, böyük sənətkarlar yaranır az-az, hər yerdə hər zaman inci tapılmaz. Sadaladığım sənətkarlar, həqiqətən, ölməz sənətkarlardır. Mən sağıma baxıram, soluma baxıram görmürəm onları. Hərdən gəlib qrim otağında otururam deyirəm, Allah, bu necə həyatdır mən yaşayıram, amma mənlə çiyin-çiyinə sənətdə olanları amansız əcəl haqq dünyasına qovuşdurdu. Siz bunları məndən soruşanda mən, həqiqətən, əzab çəkirəm".

Rafiq Əzimov rol aldığı "Ömrün ilk günü" filmindən bəhs edib:

"Sınaq çəkilişlərində rejissoru qane etdim. Gənclik dövrümdə Həsənağa Turabovla, orta yaş dövrümdə Şahmar Ələkbərovla, yaşlı dövrümdə isə Rasim Balayevlə tərəf müqabilim idi. Bu film müxtəlif məkanlarda çəkildi. Film neftçilərin həyatından bəhs edirdi".

Aktyor daha sonra "Arxadan vurulan zərbə" filmində olan çətin səhnələrdən söz açıb:

"Çox maraqlı ssenari idi. Çətin səhnələr var idi. Döyüş, atla, Qurd Cəbrayılla səhnələr var idi. Müxtəlif məkanlarda çəkdik bu filmi. Qaxda, Zaqatalada, Mingəçevirdə və Qubada. Artıq biz orada at çapa bilirdik və fəal döyüş səhnələrimiz var idi".

Xalq artisti, həmçinin ad çəkilən filmin çəkilişi zamanı başına gələn təhlükəli hadisədən də danışıb:

"Məşq edirdik hələ. Aparatlar qurulmuşdu. Çəkilişlər Zaqatalada gedirdi. Sirkdən bıçaq atan gətirmişdilər. 10 metr uzaqdan ağaca bıçağı düz atırdı. Bir dənə boş bıçaq atmırdı. Məşqdə mənə göstəriş verildi və mən hərəkət etdim. İkinci göstəriş bıçaq atana verildi, 3-cü göstəriş yenidən mənə verildi ki, əyilim. Bir dubl çəkildi və mən əyildim. Sonra Arif mənə dedi ki, Əzimov, gəl bir də çəkək. İkinci dublda göstəriş mənə gec verildi. Artıq mən qalxanda bıçaq artıq gəldi başımın üstündə şlyapanı tərpətdi. Elə bildim ki, küləkdir. Heç nə hiss etmədim. Ancaq texniki işçilər heyrətlə birdən qalxıb, gəlib mənim başıma baxdılar. Onda məni vahimə basdı. Arifin bir sözü oldu ki, anan sənin namaz üstündəymiş".//milli.az

7News.az

Xalq artisti ölümlə üz-üzə qalmasından danışdı -

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ