Xalq artisti Muxtar Maniyevlə vida mərasimi başlayıb.
Mərasim Təzə Pir məscidində keçirilir. Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavinləri Vaqif Əliyev, Ədalət Vəliyev, Azərbaycan Film Kinostudiyasının direktoru Müşfiq Hətəmov, mədəniyyət və incəsənət xadimləri, mərhumun ailə üzvləri iştirak edirlər.
Vida mərasimi başa çatdıqdan sonra mərhum Qala qəbiristanlıqda dəfn olunacaq.
M. Maniyev dekabrın 22-də dünyasını dəyişib./apa
7News.Az












