Xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktrisası Bəsti Cəfərova professor adını alıb. O, sevincini bizimlə bölüşüb:
"Uzun illərdir ki, Mədəniyyət və İncəsənət Universitetində pedaqoq kimi çalışıram. Bu illər ərzində bir çox tələbələr yetişdirmişəm. İndi onların bir çoxunu artıq serial və kinolarda görürəm. Çəkdiyim heç bir zəhmətim hədər getmədi. Bu günlərdə professor diplomu ilə təltif olundum. Bu diplomu mənə verib, etimad göstərdikləri üçün hər bir kəsə təşəkkür edirəm".



7News.az








