Gəncə Dövlət Dram Teatrının rejissoru, Respublikanın Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, "Qızıl Dərviş” mükafatı laureatı Vaqif Abdulla oğlu Şərifov son mənzilə yola salınıb. 7NEWS.az-ın yerli bürosunun verdiyi məlumata görə, Xalq artisti ilə vida mərasimi Gəncə Dövlət Dram Teatrında keçirilib.Vida mərasiminə mərhumun yaxınları,sənət dostları, aktyorlar, şəhər ziyalıları iştirak edib. Məlumat üçün bildirək ki, Vaqif Şərifov bu gün sabah saatlarında dünyasənı dəyişib. 78 yaşlı Xalq artistinin səhhətində ciddi problem yarandığı üçün Gəncə şəhər 3 saylı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, Vaqif Şərifov 12 avqust 1943-cü ildə Qazax mahalında anadan olub. O, 1960-cı ildən Gəncə Dövlət Dram Teatrda əmək fəaliyyətinə başlayıb, 1967-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Rejissorluq” fakültəsini bitirib.

















