"Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı ümumxalq səsverməsi demokratik və şəffaf şəraitdə keçib”.
7News.Az xəbər verir ki, bunu Milli Məclisin ilk iclasında spiker Oqtay Əsədov deyib. Parlament sədri bildirib ki, ayın 26-da keçirilən referendum Azərbaycan prezidenti İlham Əliyevin uzaqgörən siyasətinə xalqın güclü dəstəyini nümayiş etdirdi.
"Ölkəmizin həyatında mühüm dəyişiklik baş verib. Azərbaycanda ümüumxalq səsverməsi keçirilib. Referendumda xalq öz dəstəyini nümayiş etdirib. Ümumxalq səsverməsini yerli və beynəlxalq müşahidəçilər izləyiblər”.








