RU
XALQ.AZ 3 ildir xalqımıza xidmət edir
12:22
1468

XALQ.AZ 3 ildir xalqımıza xidmət edir

Ölkənin önəmli xəbər portallarından biri olan XALQ.AZ  saytının 3 yaşı tamam oldu.

XALQ.AZ İnformasiya Agentliyi yarandığın gündən müstəqil informasiya siyasəti həyata kecirən media qurumudur.

zaur-mirza-zade

Bu barədə saytın baş redaktoru, Zaur Mirzə-zadə məlumat verib:

“İnternet mediasının sürətlə inkişaf etdiyi bir zamanda XALQ.AZ  xəbər portalı ötən 3 ildə Azərbaycan internet məkanında özünə layiqli mövqe qazana bildi və  hazırda populyar xəbər resurslarından biri  kimi tanınır. “XALQ.AZ saytında Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, ə dünyada baş verən maraqlı xəbərlər oxuculara çatdırılır. Bundan basqa, internet saytda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. “XALQ.AZ” saytı qısa bir müddətdə  geniş oxucu kütləsinin rəğbətini qazanıb və ölkənin aparıcı media orqanlarından birinə çevrilib. Artıq üç  ildir ki, ölkənin bir sıra tanınmış imzaları – siyasi xadimlər, müstəqil siyasi şərhçilər, jurnalistlər XALQ.AZ-la əməkdaşlıq edir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ