Xalq.az saytının 4 yaşı tamam olur.
7news.az xəbər verir ki, baş redaktor Zaur Mirzə-zadə saytın 4 ildə aparıcı media orqanlarından birinə çevirildiyini bildirib:
"İnternet mediasının sürətlə inkişaf etdiyi bir zamanda Xalq.az xəbər portalı ötən 4 ildə Azərbaycan internet məkanında özünə yer etməklə yanaşı, hazırda populyar xəbər resurslarından biridir. Saytımızda Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyadan maraqlı xəbərlər də oxuculara çatdırılır. Bundan basqa, saytda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. Xalq.az qısa zamanda geniş oxucu kütləsinin rəğbətini qazanıb və tanınmış media orqanlarından birinə çevrilib. Artıq 4 ildir ki, ölkənin bir sıra tanınmış imzaları - siyasi xadimlər, müstəqil siyasi şərhçilər, jurnalistlər Xalq.az-la əməkdaşlıq edir".








