RU
Xamenei: İran İsrail və ABŞ üzərində qələbə qazandı - YENİLƏNİB
14:05
67

Xamenei: İran İsrail və ABŞ üzərində qələbə qazandı - YENİLƏNİB

İranın ali lideri ayətullah Əli Xamenei İsraillə münaqişədə qələbə münasibətilə İran xalqını təbrik edib.

Bu barədə ali liderin mətbuat xidməti paylaşım edib.

O qeyd edib ki, İran ABŞ-ni də məğlub edib.

"ABŞ İranla müharibədə heç bir nəticə əldə etmədi. ABŞ İranla müharibəyə girdi, çünki Tehranla münaqişənin davam edəcəyi təqdirdə İsrailin tamamilə məhvə məhkum olduğunu anladı", - Xamenei qeyd edib.

Qeyd edək ki, iyunun 24-də İranın Ali Milli Təhlükəsizlik Şurası ölkənin İsraillə müharibədə qalib gəldiyini elan edib.

14.05
İranın ali lideri Əli Xamenei İsraillə münaqişənin və ABŞ-nin İranın nüvə obyektlərini bombalamasının başa çatmasından sonra ilk bəyanatını verməyi planlaşdırır.

Bu barədə Xameneinin "X” sosial şəbəkəsindəki səhifəsində deyilir.

"İmam Xameneinin televiziya ilə müraciəti yaxın dəqiqələr ərzində yayımlanacaq", - paylaşımda qeyd olunub.
 
 


 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ