Mina dağında ziyarət zamanı baş verən faciə Səudiyyə Ərəbistanı hökumətinin səhlənkarlığı üzündən baş verib.
Bu ittihamı İranın ali dini rəhbəri ayətullah Əli Xameneyi səsləndirib.
"Səudiyyə Ərəbistanı hökuməti faciəyə görə məsuliyyət daşımalıdır. Faciənin arxasında səhlənkarlıq dayanır", - Xameneyi bildirib.
Qeyd edək ki, İranda üç günlük yas elan edilib.
Xatırladaq ki, Mina dağında bu gün baş verən izdihamda 753 nəfər ölüb, 800-dən çox adam yaralanıb. Ölənlərdən azı 95-i, yaralananların isə 150 nəfəri İran vətəndaşıdır./milli
7news.az








