RU
Xanım sərnişinlərə qarşı nalayiq hərəkətlər edən sürücü həbs edilib
18:35
130

Xanım sərnişinlərə qarşı nalayiq hərəkətlər edən sürücü həbs edilib

Bakıda sərnişinlərə qarşı nalayiq hərəkətlər edən sürücü həbs olunub.

Bu barədə 7NEWS.Az-a DİN-in Mətbuat Xidmətinin İctimaiyyətlə əlaqələr və Vətəndaşlarla İş şöbəsinin rəisi Elşad Hacıyev məlumat verib.
Qurum rəsmisi bildirib ki, xanım müştərilərə qarşı hörmətsizlik edən taksi sürücüsü, 1989-cü il təvəllüdlü Röyal Həsənov barəsində toplanmış materiallar baxılması Yasamal Rayon Məhkəməsinə göndərilib.

Məhkəmə xuliqanlıq hərəkətləri törətməkdə təqsirləndirilən R.Həsənov barəsində qərar çıxarıb. O, məhkəmənin qərarı ilə 1 ay müddətinə inzibati həbs olunub və 1 illik sürücülük hüququndan məhrum edilib.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ